Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan "Sumqayıt" iyulun 19-da ilk yoxlama oyununu keçirəcək.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda "Qəbələ" ilə qarşılaşacaq.


Görüşə "SOCAR Polymer Arena"da, saat 18:00-da start veriləcək.