"Sumqayıt" klubu bundan sonra oyun öncəsi təlim-məşq toplanışına yığışmayacaq.

Rekord.az xəbər verir ki, buna səbəb komandanın avrokubok şansını itirməsidir.

Buna görə də rəhbərlik əlavə xərc çəkib futbolçuları otelə yığmağı mənasız hesab edir. Bundan sonra hər kəs oyun günü evindən stadiona gələcək.

Qeyd edək ki, daha öncə "Sumqayıt" oyundan bir gün öncə təlim-məşq toplanışına yığışırdı və oyun öncəsi son məşqdən sonra Bakıya otelə gedirdi.