"Sumqayıt" cəmi iki legioner ala biləcək
- 15:00
- 51
Yeni baş məşqçi ilə anlaşan "Sumqayıt" bu yay elə də çox legioner futbolçu ala bilməyəcək.
Rekord.az xəbər verir ki, buna səbəb limitdi.
Belə ki, ötən il müqavilə bağlanan əcnəbilərin əksəriyyətində müqavilənin müddətdi 2 illik olub. Bu isə o deməkdir ki, həmin futbolçular yeni mövsümdə də komandada qalacaq. Yəni istəsən də göndərə bilməyəcəksən. Göndərmək də istəsən, təzminatını verməlisən. "Sumqayıt"ın da elə böyük büdcəsi yoxdur ki, həm təzminat ödəsin, həm də yeni futbolçu alsın. Ona görə özünü doğurulmayan futbolçularla belə, yola davam etməlisən. Yeni legioner transferi üçün isə cəmi iki limit qalıb. Üçüncü futbolçunu almaq istəsən PFL-ə böyük məbləğdə rüsum ödəməlisən. Bu isə az öncə qeyd etdiyimiz kimi, klubun büdcəsi ilə uzlaşmır.