"Sumqayıt" bundan sonra ev oyunlarında bilet satışı həyata keçirəcək. Bildiyiniz kimi, pandemiya qaydalarına uyğun olaraq, stadionlara azarkeş tutumunun 50 faizi həcmində futbolsevər buraxılır. "Kapital Bank Arena"nın tutumu isə kiçik olduğundan (1325) arenaya cəmi 600-650 civarında azarkeş buraxılır, xeyli azarkeş isə qapıda qalırdı. "Sumqayıt" klubu da bilet satışına keçməklə vəziyyətdən qismət çıxmağa çalışır. Yəni kim daha tez tərpənib bilet ala bilsə, oyunlara gələcək. Bilet tapa bilməyənlər isə stadiona getsələr də, içəri daxil ola bilməyəcəklərini anlayıb arenaya gəlməyəcək və bununla da qapı arxasında qalan da olmayacaq. Düzdür, bunun tam olaraq çıxış yolu olduğunu demək olmaz. Yəni gələn yenə gələcək, qapı arxasında qalan yenə qalacaq. Hər halda, "Sumqayıt" məsələni qismət həll etməyi düşünür.

Rekord.az xəbər verir ki, bilet satışı mövsümün sonuna kimi həyata keçiriləcək.

Qiymətlər isə 1-2 manat arası olacaq.