Son günlər mətbuatda “Sumqayıt”ın “Səbail”in sabiq müdafiəçisi Camal Araqonla maraqlanmasına dair məlumatlar yayılıb.

Rekord.az xəbər verir ki, futbolçunun yenidən Azərnaycana qayıtmaq istəyinin olduğu, “Sumqayıt”ın da onun transferində maraqlı olduğu iddia olunur.

Sadəcə, futbolçunun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Ohod” klubu ilə razılığa gəlmək lazımdır. Məsələ ilə bağlı “Sumqayıt”ın mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamaslnda məlumatı təkzib etdi: “Yox, elə bir şey yoxdu. Nə o adda futbolçu ilə maraqlanmışıq, nə də siyahımızda olub”.