
"Sumqayıt" akademiyasının yeganə lideri FOTOLAR
- 13 Dek 2021 10:12
- 856
"Sumqayıt" Futbol Akademiyasının U-11 komandası uğurlu çıxışını davam etdirir.
Rekord.az xəbər verir ki, Orxan Abdullayevin yetirmələri 10 oyuna 27 xal toplamağı bacarıb ki, bu da 95 faizlik nəticə sayıla bilər.
Komanda hazırda 1-ci pillədə gedir. Qeyd edək ki, U-11 komandası çıxış etdiyi yarışlarda lider olan yeganə "Sumqayıt" komandasıdır. Abdullayevin komandası son turda yerli UGİM üzərində 3:2 hesablı qələbə qazanıb. Komandanın futbolçuları Tunar, Murad və Cavidan bombardirlər yarışında öndədir.