
Sulşer qovula bilər
- 26 Okt 2021 13:20
- 538
Ole Qunnar Sulşer "Mançester Yunayted"in baş məşqçisi vəzifəsini tərk edə bilər.
Rekord.az "Manchester Evening News xəbər verir ki, klub rəhbərliyi Premyer Liqanın 10-cu turunun oktyabrın 30-u keçiriləcək “Tottenhem”lə oyunu öncəsi norveçli mütəxəssislə yolları ayırmaq barədə ciddi düşünür.
"Qırmızı şeytanlar" son 9 matçdan 5-də məğlub olub və Premyer Liqada komanda ardıcıl 4 oyunda qalib gələ bilməyib. Komanda dünən evdə "Liverpul"a 0:5 hesabı ilə uduzub.
Xatırladaq ki, “Mançester Yunayted” iyulda Sulşerlə 3 illik yeni müqavilə imzalayıb.