"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer "Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karragerin onun haqqında dediklərinə münasibət bildirib.

Rekord.az-ın məlumatına görə, norveçli mütəxəssis "MY-yə Sulşer yox, güclü baş məşqçi lazımdır" söyləyən veteran futbolçuya şəxsi "Twitter" hesabında belə cavab verib.

"Mənim öz üstünlüklərim, öz üslubum var. Özümə inanıram və hazırda klub rəhbərliyi də mənə güvənir. Ceymi Karragerin haqqımda dediklərinin nəyisə dəyişməyəcəyinə əminəm".

Qeyd edək ki, "Mançester Yunayted" 8 turu geridə qalan İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "qırmızı şeytanlar" ilk 2 turdan sonra F qrupunun üçüncüsüdür.