"Atletiko"nun futbolçusu Luis Suares "Yuventus"da oynamaqdan imtina edib.

Rekord.az "Corriere dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi uruqvaylı hücumçunun transferini variantını nəzərdən keçirsə də, oyunçu buna müsbət baxmayıb.

Qeyd edək ki, L.Suaresin 2020-ci ilin yayında da "Yuventus"a transferi baş tutmamışdı.