
Ştuxlikin yerinə daha bir ölkədən namizəd ÖZƏL!
- 06 İyl 2022 12:00
- 713
Ştuxlikin gedişindən sonra AFFA Hakimlər Komitəsinin sədr postu hələ də boşdur.
Rekord.az xəbər verir ki, bu posta əcnəbi mütəxəssisin gətiriləcəyi deyilir.
Konkret olaraq, İtaliyadan belə bir şəxsin gələcəyinə dair mətbuatda məlumatlar da getmişdi. Saytımıza daxil olan son məlumata görə, bu posta daha bir namizəd var. Adını dəqiqləşdirə bilməsək də, həmin mütəxəssisin Türkiyədən olduğunu deyə bilərik. AFFA hazırda həm də həmin şəxslə danışıqlar aparır.