Azərbaycanlı futbol hakimləri yaxın zamanlarda Türkiyənin İstanbul şəhərinə yollanacaq.

Rekord.az-a daxil olan məlumata görə, səfərin məqsədi sözügedən şəhərdə VAR-la bağlı 4 günlük seminarda iştirak etmək olacaq.

Səfərə 11 referinin və 18 laysmanın yollanacağı gözlənilir. Heyətin başında isə Ştuxlik özü olacaq. Səfərin dəqiq tarixi açıqlanmasa da, güman ki, millinin növbəti oyunları ilə bağlı çempionatda yaranmış fasiləsinə təsadüf edəcək