"Napoli"nin baş məşqçisi Luçano Spalletti yeni mövsüm barədə gözləntilərini bölüşüb.

Rekord.az  "Sky Sport Italia"ya istinadən xəbər verir ki, mütəxəssis vəziyyəti belə dəyərləndirib:

"Hamı gələn mövsüm əvvəlki qədər iddialı olacağımızı gözləyir. Amma bu, çox çətin məsələdir. Fanatların bizdən çempionluq istəməsi yeni xəbər deyil. Onların skudettonu arzulaması başadüşüləndir. Amma düzünə qalsa, bizim üçün ilk "dördlüy"ə düşmək belə, asan olmayacaq. A Seriyasının ən güclüləri ilə bacardığımız qədər yaxşı mübarizə aparmalıyıq. Ötən mövsüm nəyə qadir olduğumuzu göstərə bildik. Ancaq bəzi matçlarda itirdiyimiz xallar bütün hallarda, təəssüf doğurur. Belə məqamlardan nəticə çıxarmalıyıq".

Xatırladaq ki, "Napoli" son mövsümdə A Seriyasının bürünc medallarını qazanıb.