"Yuventus" baş məşqçi Luçano Spalettinin müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


67 yaşlı mütəxəssisin mövsümün sonunda başa çatacaq sözləşməsi daha 2 il artırılıb.


Spaletti 2025-ci ilin oktyabrında "Yuventus"un baş məşqçisi təyin olunub. "Ağ-qaralar" A Seriyasında 31 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.