2-ci Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.


Rekord.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.


Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.


“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.


PFL bayrağı altında keçirilən 2-ci Liqanın 10 ən yaxşı bombardiri


1. Cavid İmamverdiyev - 65

2. Elvin Nəsibov – 63

3. Tural Qurbatov – 62

4. Vidadi Cəfərov – 55

5. Elxan Məmmədov – 43

6. Elariz Xəlilli – 42

7. Valeh Seyidov – 41

8. Tofiq Nəsibov - 33

9. Famil Camalov – 30

10. Bəhruz Teymurov - 27