
Son 5 ildə transferlərə ən çox pul xərcləyən klub
- 07 Yan 2022 12:42
- 525
“Transfermarkt” son 5 ildə klubların transfer fəaliyyəti ilə bağlı məlumat yayıb.
Rekord.az xəbər verir ki, portalın məlumatına görə, ötən müddətdə dünyada transferlərə ən çox pul xərcləyən klub “Barselona” olub.
İspaniya təmsilçisi 5 il ərzində yeni oyunçuların alğısına 1,12 milyard avro sərf edib.
Bu planda sonrakı yerləri “Mançester Siti” (1,07 milyard) və “Yuventus” (1,02 milyard) tutub. İlk “5-liy”ə İngiltərə təmsilçiləri “Çelsi” (1,01 milyard) və “Mançester Yunayted” (924,7 milyon) də daxil olub.