Solvet və Raxmonaliyevdən xəbər var!
- 19:11
- 34
"Sabah"ın Misli Premyer Liqasının 4-cü turunda "Zirə" ilə matçda zədələnərək əvəzlənən oyunçularının durumuna aydınlıq gəlib. Rekord.az xəbər verir ki, Stiv Solvet və Umarali Raxmonaliyevin zədələri ciddi deyil. Ancaq onların Mançesterdə meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib. Baş məşqçi Valdas Dambrauskasın riskə getməmək ehtimalı az deyil.