“Neftçi” qışda ən azı 2 legioner transfer etmək istəyir.

Rekord.az xəbər verir ki, hazırda bu yöndə axtarış gedir.

Əgər işlər plan üzrə getsə, həmin futbolçular klubun Antalyadakı toplanışına dəvət ediləcək. Amma bir məsələ var ki, klubun qış transferlərinə nə qədər vəsait ayrılacağı hələ dəqiqləşməyib. Bununla bağlı SOCAR-dan cavab gəlməlidir. Vəsaitin ayırılacağına söz verilib, amma konkret məbləğ deyilməyib. Klub rəhbərliyini də çətinı salan budur. Çünki konkret vısit deyilməlidir ki, danışıqlar da buna uyğun aparılsın