
Simeoneli “Atletiko” ilk dəfə belə aqibətlə üzləşdi
- 23 Dek 2021 18:41
- 521
“Atletiko” İspaniya La Liqasının 9-cu turundan təxirə salınmış oyunda ötən gecə “Qranada”ya 1:2 hesabıyla uduzdu.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi çempionatda ardıcıl 4 oyundur ki, məğlub olur.
“Atletiko” Dieqo Simonenin rəhbərliyi altında ilk dəfə çempionatda ardıcıl 4 matçda uduzub.
Argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”nu çalışdırır.