"Atletiko"nun baş məşqçisi Dieqo Simeone müdafiəçi Kiran Trippyerin klubda qalacağını gözləyir. 

Rekord.az xəbər verir ki, bu barədə argentinalı mütəxəssis "Canal+" açıqlamasında deyib: "Ümid edirik ki, o, bizimlə qalacaq, amma getmək istəsə, onu saxlaya bilmərik".

Qeyd edək ki, Trippyer bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib. Onun hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.