"Şimal" Umar Abubakarla gücləndi
- 01 Sen 2026 16:00
- 157
Azərbaycan 1-ci Liqasında çıxış edən "Şimal" klubu heyətinə nigeriyalı futbolçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi Umar Abubakarla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, oyunçu Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında çıxış edib.