
“Sevilya”da yeni futbolçu
- 04 İyl 2023 12:30
- 333
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən klub “Espanyol”un sol cinah müdafiəçisi Adria Pedrosanı transfer edib.
Azad agent statusuna malik 25 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb.
Pedrosa “Espanyol”un yetirməsidir. O, karyerası ərzində yalnız Kataloniya təmsilçisinin uğurları üçün çalışıb, İspaniyanın U-21 yığmasında da oynayıb.