
Şevçenkonun Polşa millisinin baş məşqçisi olmasını əngəlləyən səbəb
- 28 Yan 2022 15:45
- 562
İtaliya "Cenoa"sından ayrılan Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilməyəcək.
Rekord.az xəbər verir ki, informasiyanı ukraynalı jurnalist İqor Tsıqanık şəxsi "Twitter" hesabından yayıb.
Mənbə Şevçenkonun Genuya klubu ilə müqavilənin ləğvi barədə razılığa gələ bilmədiyini və bu üzdən hüquqi cəhətdən sözügedən millini çalışdırmasının mümkünsüz olduğunu vurğulayıb.