
Şevçenko "Seltik"ə keçə bilər
- 04 Okt 2021 16:45
- 519
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko "Seltik"də işləməyə yaxındır.
Rekord.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Şotlandiyanın təmsilçisi 45 yaşlı mütəxəssisi komandanın baş məşqçisi kimi görmək istəyir. Rəhbərlik Şevçenkonu hazırkı çalışdırıcısı Ante Postekoğlunun yerinə əsas namizəd hesab edir.
Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisinə baş məşqçilik edib. .