
Şevçenko Polşa millisində?
- 26 Yan 2022 12:43
- 536
Polşa Futbol İttifaqı yanvarın 31-də millinin yeni baş məşqçisinin adını açıqlayacağını bildirib.
Rekord.az xəbər verir ki, bu posta əsas namizədlərdən biri Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenkodur.
Məlumata görə, federasiyanın rəhbəri Tsezari Kuleşa Şevçenkoya təminat verib ki, yığma DÇ-2022-in seçmə mərhələsinin pley-off mərhələsində uğursuz çıxış etsə belə, o, vəzifəsindən azad edilməyəcək.
Polşa pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq. Şevanın illik məvacibinin 2,5 milyon avro olacağı deyilir.