
Şevçenko koronavirusdan sağaldı
- 06 Yan 2022 19:20
- 599
İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Andrey Şevçenko koronavirusdan sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ukraynalı mütəxəssisin koronavirus testinin nəticəsinin müsbət olduğu bildirilib.
Şevçenko A Seriyasının 20-ci turu çərçivəsində bu gün keçiriləcək “Sassuolo” – “Cenoa” matçında komandasının yanında olacaq.
“Cenoa” futbolçularından birinin COVİD-19 testinin pozitiv çıxdığını da açıqlayıb. Həmin oyunçu karantinə alınıb.