
Serbiya - Azərbaycan oyununun başlama saatı
- 14 Avq 2023 15:11
- 403
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı açıqlanıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.