
Sequnda klubu Eddi İsrafilovu bəyəndi
- 23 Noy 2021 13:00
- 551
Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov İspaniya klubu “Luqo”da sınaqdan uğurla çıxıb.
Rekord.az-ın yerli mətbuata istinadən məlumatına görə, bir neçə gündür baxışda olan yarımmüdafiəçinin performansı Sequnda təmsilçisinin məşqçilər korpusunu məmnun salıb.
Baş məşqçi Ruben Albeş mövsümün əvvəlindən klubsuz olan 29 yaşlı orta sahə oyunçusu ilə müqavilə imzalanmasını istəyib.
Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsə, İsrafilov mövsümün sonuna qədər sözləşmə bağlayacaq.
Eddi İsrafilov son olaraq ötən mövsüm “Albasete”nin formasını geyinib.