Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun legionerlərindən Mbayanq Seck vətəninə qayıda bilmir. "Rekord.az" xəbər verir, seneqallı hücumçu koronovirus səbəbindən uçuşların dayandırılmasına görə ölkəmizdə qalıb.

Voleybolçunun bu vəziyyəti AVF-nin də nəzarətindədir. Qurum bu gün verdiyi qərarda Mbayanq Seckin də məsələsinə diqqət yetirilib. Bildirib ki, voleybolçunun vəziyyəti yaxşıdır və o, lazımi şəraitlə təmin olunur. Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsinə dair müvafiq tapşıq verilib.

Qeyd edək ki, seneqallı voleybolçu ölkəmizdə qalan yeganə əcnəbi oyunçudur.