Seneqal millisinin baş məşqçisi istefaya göndərildi
- 17:14
- 36
Seneqal millisinin baş məşqçisi Pape Tiav vəzifəsindən uzaqlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb.
Qərarın 2026-cı il dünya çempionatında qeydə alınan uğursuz nəticələrdən sonra verildiyi bildirilib.
45 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal mundialın 1/16 finalda Belçikaya qarşı 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Pape Tiav 2024-cü ilin dekabrından Seneqal millisini çalışdırırdı. O, bu ilin əvvəlində komandanı Afrika Millətlər Kubokunda çempion etsə də, mundialdakı uğursuz çıxış onun postunu itirməsi ilə nəticələnib.