
Sənan Qurbanovdan xəbərsiz geri qaytarılıb?
- 02 Yan 2022 17:00
- 911
"Keşlə"nin sabiq degioneri Franko Floresi geri qaytarmasından xəbərdarsız.
Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Paytaxt təmsilçisi onu 5000 dollar maaşa razı salıb. Özü də bu transfer Sənan Qurbanovla məsləhətləşmədən həyata keçirilib.
Rəsmilərin argentinalı ilə danışıqlara başlamasından çalışdırıcının xəbəri olmayıb.
Müdafiəçi 2020-ci ilin yayında Bakı klubundan ayrıldıqdan sonra oktyabrda Yunanıstan təmsilçisi “Doxa”ya keçsə də, orada heç bir rəsmi matça çıxmayıb.
Ötən ilin yanvarında karyerasını Hondurasda davam etdirib, "Real Espanya" ilə 1 illik müqavilə imzalayıb.
Flores 2019/2020 mövsümündə "Keşlə"də çıxış edib, Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. (sportinfo.az)