"Seltik" bu dəfə "Sabah"dan futbolçu alır! - ÖZƏL
- 12:52
- 40
"Qarabağ"dan Kamillo Duranı transfer edən "Seltik" nəzərlərini Azərbaycandan çəkmir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, Şotlandiya nəhəngi "Sabah"ın fransız yarımmüdafiəçisi Aaron Maludanı heyətinə qatmaq istəyir.
Klub bu ilin mayında da bu futbolçu ilə maraqlanmışdı. Bu dəfə sabiq futbolçu Denis İrvin "Seltik" üçün onun oyununu izləyib. O, ÇL-ın 1-ci təsnifat mərhələsində keçirilən TNS - "Sabah" qarşılaşmasında tribunada olub. İrvin matçdan sonra hesabatı şotland tərəfinə təqdim edib. "Seltik" Maluda üçün 2 milyon avro ödəməyə hazırdır.