
Səhhətində problem yarandı, peşəkar karyerasını bitirdi, həvəskar kluba keçdi
- 23 Yan 2022 13:38
- 561
"Keşlə"nin sabiq futbolçusu Ziya Əzizovun yeni klubu müəyyənləşib.
Rekord.az bd.nl saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası hesab olunan "Trinitas"a keçib.
O, səhhətindəki problemlər səbəbindən peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.
Qeyd edək ki, Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında oynayan Z.Əzizov 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib.