"Şəfa"nın bu təklifini qəbul etmədi
- 11:00
- 49
Elgiz Kərəmli "Şəfa"nın baş məşqçisi postundan ayrılıb.
Rekord.az daha əvvəl də ona klubda qalmaq təklifinin olacağını yazmışdı.
Əldə etdiyimiz məlumata görə, həqiqətən də belə bir təkilif olub. Deyilib ki, Premyer Liqa üçün təcrübən yoxdur və komandaya yeni baş məşqçi təyin olunacaq. Sən isə onun köməkçisi kimi qalıb işləyə bilərsən. Lakin Kərəmli ikinci olmaq təklifini qəbul etməyib və klubu birdəfəlik tərk etməyi üstün tutub.