Son günlər yayılan xəbərlərə görə I Liqanın lideri "Şəfa" Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını Sumqayıtdakı "Socar Polimer Arena"da keçirəcək.

Rekord.az xəbər verir ki, hətta bununla bağlı sənəd də AFFA-ya təqdim edilib.

Lakin bizim ədə etdiyimiz məlumata görə, hazırda sözügedən klub və stadion arasında heç bir müzakirə, anlaşma baş verməyib. "Şəfa" ilk növbədə Bakıda stadion axtarır. Əgər tapa bilməsə, o zaman Bakıdan  kənardakı stadionları nəzərdən keçirəcəklər.