1-ci Liqada 21-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Şəfa” “Səbail”ə qalib gəlibsə, “Şimal” “Mingəçevir”ə, “Difai”“Şahdağ Qusar”a 3 cavabsız qolla uduzub.

Daha öncə “Baku Sportinq” MOİK-ə (3:1), “Cəbrayıl” isə “Zaqatala”ya (3:2) qalib gəlmişdi.

1-ci Liqa
21-ci tur

9 aprel

“Şəfa” – “Səbail” 2:1
Qollar: Emin Zamanov, 48. Nahid Əliyev, 57 - Kamran Quliyev, 61-pen.

“Şimal” – “Mingəçevir” 0:3
Qollar: Bahadur Həziyev, 62-pen; 87. Kennet Kalunqa, 73.

“Difai” – “Şahdağ Qusar” 0:3
Qollar: Famil Camalov, 10. Kvaku Adjey, 29. Sənan Ağalarov, 31.