“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı
- 27 May 2026 19:00
- 190
“Şəfa” FK komandanın baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub.
Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.
“Şəfa” Elgiz Kərəmliyə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.