
"Səbail"in legionerləri niyə Bakıya qayıtmır?
- 10 Yan 2022 16:21
- 544
Yanvarın 5-dən təlim-məşq toplanışına start verən "Səbail" hazırlığı yarımçıq heyətlə davam etdirir.
Rekord.az xəbər verir ki, Bayıl klubunun "ASCO Arena"dakı məşqlərində iki legioneri iştirak etmir.
Qanalı müdafiəçi Camal Araqo və fransalı hücumçu Nikolas Raysel düşərgəyə qoşulmayıb.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, hər ikisinə hazırlığa bir həftə gec qoşulmağa icazə verilib. Beləliklə, Araqoyla Raysel Bakıya yanvarın 12-də dönəcəklər.
Qeyd edək ki, hazırlıq çərçivəsində 4 yoxlama görüşü keçirməyi planlaşdıran Aftandil Hacıyevin komandası yanvarın 14-də "Qarabağ-2", 18-də "Keşlə", 21-də MOİK, 24-də isə yenidən "Keşlə" ilə üz-üzə gələcək. "Dənizçilər" sabahdan etibarən məşqlərini "Dalğa Arena"da keçəcəklər.