"Olimpiakos"dan ayrılan Turan Manafov "Səbail"də məşqləri davam etdirir.

Rekord.az xəbər verir ki, futbolçunun meneceri İlkin Alıyev müdafiəçi üçün ciddi təkliflər aldıqlarını söylədi. Alıyev "Football-plus.az" saytına həmin klubların adını da açıqladı:

"Yerli klublardan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Qəbələ" onu heyətinə qatmaq istəyir. Amma unutmayaq ki, Turanın "Səbail"lə müqaviləsi var. Əcnəbi klublardan isə "Kaliteya", həmçinin Türkiyənin bir neçə 1-ci liqa təmsilçisi onunla maraqlanır. Turanın Yunanıstana getməyəcəyi məlumdu. Əcnəbi kluba keçidi daha real görünür. Çünki müqaviləsində təzminatla bağlı bənd var. Hansı klub 50 min dollar verərsə, Turanı transfer edə bilər. Gözləyək, görək necə olur?"