
"Səbail"in futbolçuları Bayıl stadionunun qazonundan bezib
- 20 Noy 2021 15:22
- 523
"Səbail"in hücumçusu Rauf Əliyev komandasının ev oyunlarını keçirdiyi "ASCO Arena"nın ot örtüyünü tənqid edib.
Rekord.az sportal.az saytına istinadən xəbər verir ki, o, meydançanın bərbad durumda olmasından söz açıb: "ASCO Arena"nın ot örtüyü bərbad durumdadır.
Demək olar ki, betonun üstündə oynayırıq. Hər məşqdən sonra həkim otağında ən azı 10 nəfər olur. Çünki hamı ağrıyır. Belimiz, topuğumuz, dizimiz çox ağrıyır. Meydança çox bərkdir. Artıq meydana butsda çıxanda, sanki hündür ayaqqabı da oynayırsan. Çünki süni ot deyə bir şey də qalmayıb. Çox çətindir orada oynamaq.
Digər komandalarla oynayada futbolçuları sual verir ki, "məşqləri də burada edirsiz?". Onlar hələ bir oyunu oynayıb meydanın nə vəziyyətdə olduğunu görür. Tez bir zamanda ot örtüyünü dəyişsələr, yaxşı olar. Bir gündə demək olar bütün yaş qrupları orada məşq edir. Daha orada süni örtüklük bir şey qalmaz axı".