
“Səbail”ə yeni geyim dəstləri alınmayıb
- 22 Noy 2021 17:00
- 674
“Səbail” sözün əsl mənasında acınacaqlı günlər keçirir.
Rekord.az xəbər verir ki, maddi sıxıntı çəkən klubun geyim və inventarla bağlı da sıxıntısı var.
“Zirə” ilə oyunda da komanda üzvlərinin daha çox keçən mövsümdən qalan formalarda olması diqqət çəkdi. Araşdırmamız zamanı məlum oldu ki, yeni mövsüm öncəsi kluba yeni geyim dəstləri alınmayıb. Rəhbərlik büdcəyə qənaət üçün bu addımı atıb. Topları isə PFL təmənnasız verib.