
“Səbail”də yeni legioner
- 14 Yan 2023 20:17
- 424
“Səbail” yeni futbolçu transfer edib.
Rekord.az xəbər verir ki, "dənizçilər" David Qomisi heyətinə qatıb.
Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau" komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.