"Səbail" PRO kateqoriyalı məşqçi Azər Bağırovun xidmətində maraqlıdır.

Rekord.az xəbər verir ki, bu haqda fanat.az-a məlumat verən mənbə onun əvəzedici komandanın sükanı arxasına gətiriləcəyini iddia edir. 

Bağırova "Sabah"a keçən Ruslan Qafitullinin əvəzləyicisi gözü ilə baxılır. 
Maraqlıdır ki, saytımıza danışan Azər Bağırov rəsmi təklif almadığını deyir: "Açığı, mən də eşitmişəm ki, mənimlə maraqlanırlar. Amma aramızda rəsmi danışıq olmayıb. Əlaqə saxlayan da olmayıb. Qarşıdakı günlərdə nə baş verəcəyini deyə bilmərəm. Yəqin yeni ilin ilk günlərində taleyimə aydınlıq gələr".

Qeyd edək ki, Azər Bağırov yayda "Keşlə"dən ayrılıb və o vaxtdan işsizdir.