"Səbail"də keçən mövsümdən qalmış əməkhaqqı borcu hələ də bağlanmayıb. Eyni zamanda, xidmətindən yararlandıqları bəzi şirkətlər klubla əməkdaşlığı dayandırıb.

Rekord.az xəbər verir ki, onlardan biri də nəqliyyat sektoruna aid şirkətdir.

Əsas komanda məhz bu üzdən Premyer Liqanın 12-ci turunun "Neftçi" ilə səfər oyununa (1:0) gec yollanıb. Matçdan cəmi 40 dəqiqə öncə özünü stadiona yetirən "dənizçilər" AFFA İntizam Komitəsi tərəfindən 800 manat cərimələnib.

"Səbail"in aşağı yaşlılardan ibarət komandası da arzuolunmaz durumla üzləşib. U-15 İmişliyə səfər ərəfəsində avtobus gözləsələr də, gəlib çıxmayıb.

Belədə yeniyetmə futbolçular oyuna valideynlərin şəxsi maşınları ilə yollanıblar. (sportinfo.az)