“Səbail” hücumçusu Rauf Əliyevlə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Azərbaycan millisinin sabiq forvardı 2020-ci ilin yanvarından "dənizçilər"in formasını geyinirdi.