Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Səbail” doğma meydanda çempionatın aşkar autsayderi “Qəbələ”ni qəbul edib. Elitanı tərk etmiş “Qəbələ”nin “Səbail”lə səfər matçında qələbə həsrətinə son qoyub-qoymayacağı maraq doğururdu. Beş qolun qeydə alındığı qarşılaşmada "Qəbələ" nəhayət ki, uzun fasilədən sonra 3 xal sevinci yaşayıb.

Turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”yə evdə (5:0), “Zirə” “Turan Tovuz”a səfərdə (2:1), “Sabah” da “Araz-Naxçıvan” (1:0) qalib gəlib. “Kəpəz” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
33-cü tur

6 may

“Səbail” - “Qəbələ” 2:3
Qollar: Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen – Osama Xalayla, 20; 56-pen. Əyyub Allaş, 32.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
“ASCO Arena”, 19:00.

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.