Kamran Ağayevin karyerasını anidən başa vurması “Səbail” üçün ciddi problem yaradıb.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisi hələ də yeni qapıçı tapa bilmir.

Bir neçə qapıçıya təklif göndərilsə də, maliyyə səbəbindən onlarla danışıqlar müsbət alınmadı. Bu gedişlə Aftandil Hacıyev Elxan Qasımovun ümidinə qalacaq.