“Səbail” Ezekiel Morqanı heyətinə qatdı
- 17 İyl 2026 22:40
- 177
2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Ezekiel Morqanı heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Ezekiel Morqan ötən mövsüm “İmişli”nin heyətində Premyer Liqada 31 qarşılaşmada meydana çıxıb 1 qol vurub və 1 qol ötürməsinə imza atıb.