Məlum olduğu kimi, AFFA İntizam Komitəsi “Səbail”ın legioneri Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.

Rekord.az xəbər verir ki, buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7200 manat cərimələnib.

Lakin bütün bunlara baxmayaraq, Bayıl təmsilçisi qərardan apellyasiya şikayəti verməyəcək. Əslində bunun belə olacağı da gözlənilən idi. AFFA-nın nəzarətində olan klub AFFA-nın qərarına apellyasiya şikayəti verməyə cürət eləməz.