Bu gün futzal üzrə Azərbaycan kubokunda 2025/2026-cı il mövsümünə yekun vurulacaq.


Rekord.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və gümüş medalçı “Neftçi” İK qarşılaşacaq.


Bəs sayca 30-cu ölkə kubokunun qalibi hansı komanda olacaq. Ümumilikdə indiyə qədər 12 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 6 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2023/2024) bu mükafata sahib olub. EKOL - 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Altı komanda isə hərəyə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18, “Baku Fire” 2022/23, PFL isə 2024/25-ci il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.


Mövsüm      Kubokun sahibi


1994/95       “Neftçi”


1995/96       “Neftçi”


1996/97       “Avtomobilçi”


1997/98       “Avtomobilçi”


1998/99       “Nabspor”


1999/00       “Azərneftyanacaq”


2000/01       “Azərneftyanacaq”


2001/02       “Gömrükçü”


2002/03       “Gömrükçü”


2003/04       “Turan” AİR


2004/05       “Araz-Naxçıvan”


2005/06       “Araz-Naxçıvan”


2006/07       “Araz-Naxçıvan”


2007/08       “Araz-Naxçıvan”


2008/09       “Araz-Naxçıvan”


2009/10       “Neftçi” İSM


2010/11       EKOL


2011/12       EKOL


2012/13       “Neftçi” İSM


2013/14       “Neftçi” İSM


2014/15       “Fener” FK


2015/16       EKOL


2016/17       “Neftçi” İK


2017/18       “Marafon Futsal”


2018/19        EKOL


2019/20       Yarış başa çatdırılmadığına görə qalib müəyyənləşməyib


2020/21       Pandemiya ilə əlaqədar keçirilməyib


2021/22        “Neftçi” İK


2022/23       “Baku Fire”


2023/24       “Araz-Naxçıvan”


2024/25       PFL