
Sautqeyt daha 3 il İngiltərə millisini çalışdıracaq
- 22 Noy 2021 20:00
- 506
Futbol üzrə İngiltərə milli komandasında baş məşqçi Qaret Sautqeytin müqaviləsinin müddəti artırılıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssisin sözləşməsi 2024-cü ilin dekabrına qədər uzadılıb.
Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır.